Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20% işğal altındadır. Bunun üçün də Azərbaycanın özünü müdafiə hüququ var. Bunu SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq işğal olunmuş əraziərini azad etmək hüququnu özündə saxlayır: "Bu hüquq bizim əlimizdən alınmayıb. Azərbaycanın heç bir təşkilat və ya dövlət qarşısında öz ərazimizi azad etməmək haqqında öhdəliyimiz yoxdur. İstənilən yolla bu torpaqlar azad olunmalıdır. Torpaqlarımızı azad etmək üçün hərbi, iqtisadi, siyasi, diplomatik gücümüzü artırmalıyıq. Bütün bu sahələrdə Azərbaycan mövqeyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan iqtisadi baxımdan Ermənistandan 10 dəfə güclüdür. Diplomatik cəbhədə üstünlüyümüz isə göz önündədir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz və Baş Məclisində 155 ölkənin dəstəkləməsi Azərbaycanın beynəlxalq təşkilatlarda aparıcı mövqeyi, bir sıra beynəlxalq xarakterli tədbirlərin Bakıda keçirilməsi üstünlüyümüzün göstəricisidir. İlk dəfə olaraq I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi qərarının verilməsi Ermənistan üzərində mənəvi-psixoloji üstünlüyümüzdür. Bütün sahələrdə üstünlüyümüz göz qabağındadır. Ordumuzun təchizatı, silahlanması Ermənistandan qat-qat güclüdür. Həmçinin silah istehsalımız artıq dünya səviyyəlidir. Son iki-üç gündə ölkə prezidenti İlham Əliyev həm sərhəd bölgələrinə səfər etdi, həm də silah zavodlarında oldu. Artıq Azərbaycan çoxlu adda hərbi məmulatlar istehsal edir. Bütün bunlar göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi hərbi sahədə də öz üstünlüyünü nümayiş etdirir. Bu günlərdə ölkə prezidentinin Füzuliyə səfəri, orda keçirdiyi görüşlər,etdiyi çıxışda bildirdiyi, torpaqların azada edilməsi və azad olunduqdan sonra həmin ərazilərin yenidən qurulması,infrastrukturun yaradılması ilə bağlı dediyi fikirlər bir daha onu göstəriri ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərin azad edilməsi məsələsini birmənalı olaraq gündəmdə saxlayır. Bu bizim hər gün, hər saat həyata keçirdiyimiz siyasətdə özünü göstərməkdədir. Bütöv siyasətimizin istər qlobal, istər regional, bütün cəhətlərində işğal olunmuş ərazilərin azad edilməsi aparıcı yerlərdən birini tutur".
Münaqişənin həll olunmasına gəldikdə isə millət vəkili bildirib ki, münaqişənin həlli üçün müharibə qaçılmazdır: "Müharibə olmasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Müharibənin baş verməməsi üçün Ermənistan konstruktiv mövqedən çıxış etməlidir. Əks təqdirdə Azərbaycan bu məsələnin hərbi yolla həllinə əl atmalı olacaq. Bu da Azərbaycanın qanuni haqqıdır. Hesab edirəm ki, hələ də diplomatik yolla məsələnin həll olunması yolları tükənməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB