“Əli Kərimlinin güclü şoumenlik qabiliyyəti var”

“Əli Kərimlinin güclü şoumenlik qabiliyyəti var”

AXCP sədri Əli Kərimliyə 2006-cə ildə qətlə yetirilməsi ilə bağlı məhbus Bəhlul Muradovun mətbuata verdiyi açıqlama facebook sosial şəbəkələrdə də geniş müzakirələr olunur.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da "facebok" hesabında mövzu ilə bağlı fikirlərini paylaşıb. Orduxanlı yazıb ki, bu, Əli Kərimlinin növbəti avantürasıdır: "Daha çox özünün reklamına bənzəyir. Belə şeylər sadəcə, özünü gündəmdə saxlamağa yönəldilmiş cəhdlərdir. Ə.Kərimli ucuz və primitiv üsullara əl atır. Bunlar eyni zamanda İsa Qəmbərə verilən mesajlardır. Guya ki, bu radikal müxalifətin ən ciddi bir rəqibidir. Ə.Kərimli ona verilən mesajla demək istəyir ki, radikal müxalifətin "vahid namizəd"i bu olmalıdır. Yəni İ.Qəmbərə özünün "vahid namizəd" olmağını "yedirtmək" istəyir. Lakin bütün bunlar gülüş doğuran məsələlərdir. Hüquq müdafiəçisi Eynulla Fətullayev də araşdırıb ki, həmin vaxtlar Bəhlul Muradov türmədə olub".

Əli Kərimlinin güclü şoumenlik qabiliyyəti var, deyən N.Orduxanlı bildirib ki, həmişə də bu qabiliyyətdən istifadə edir: "Bütün günü facebook-da bir-birlərinə qarşı amansız mübarizə aparırlar. Bu adamlar bir-birlərinin statusunu həzm edə bilmirlər, namizədlik məsələsini neçə güzəşt edəcəklər? Doğurdanmı, Əli Kərimli bu qədərmi sadəlövhdür ki, hələ də başa düşmür ki, 1998-ci ildə İsa Qəmbər vahid namizəd məsələsin də Əbülfəz Elşibəyə güzəştə getməyibsə, buna heç vaxt güzəşt etməyəcək?".

Bütün xəbərlər Facebook səhifəmizdə