YAP Gülər Əhmədovanın partiya üzvlüyünə xitam verdi

YAP Gülər Əhmədovanın partiya üzvlüyünə xitam verdi

Keçmiş deputat Gülər Əhmədovanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilməsi ilə bağlı mətbuatda məlumat yayılıb. Xəbərdə bildirilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.

Partiyadan verilən məlumata görə, G.Əhmədova YAP-ın ilk rayon təşkilatının qərarı ilə partiya sıralarından xaric olunub. G.Əhmədovanın partiyadan hansı səbəblə uzaqlaşdırılması məsələsinə gəlincə, onun partiyadan uzaqlaşdırılması üçün səbəbin çox olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə