Əli Kərimlinin növbəti sui-qəsd fırıldağı

Əli Kərimlinin növbəti sui-qəsd fırıldağı

AXCP sədri Əli Kərimli növbəti bir fırıldağa əl atıb. Bu dəfə ona sui-qəsd olunması ilə bağlı açıqlama verib. Belə ki, mətbuata açıqlamasında bildirib ki, guya bunun arxasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov dayanır. Bu məsələyə siyasətçilərin münasibəti necədir?

Araz Əlizadə: "Əli Kərimli özündən, pariyasından və onu maliyyələşdirənlərdən başqa heç kimə lazım deyil"

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, Əli Kərimlini öldürmək heç kimə lazım deyil: "Əli Kərimli özündən, onun pariyasından və onu maliyyələşdirənlərdən başqa heç kimə lazım deyil. Qaldı ki, dekabrın 10-da keçirilən mitinqə, yenə də hər şey məlum oldu. Onların bütün mitinqləri "möhtəşəm" olur (gülür). Əslində deməzdim ki, belə mitinqlərlə özlərini reklam edir. Əksinə olaraq anti-reklamdır".

Niyaməddin Orduxanlı: "Əli Kərimli ucuz və primitiv üsullara əl atır"

BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı vurğulayıb ki, mən bunu ciddi məlumat kimi qəbul etmirəm: "Bu Əli Kərimlinin növbəti avantürasıdır. Daha çox özünün reklamına bənzəyir. Belə şeylər sadəcə, özünü gündəmdə saxlamağa yönəldilmiş cəhdlərdir. Ə.Kərimli ucuz və primitiv üsullara əl atır. Bunlar eyni zamanda İsa Qəmbərə verilən mesajlardır. Guya ki, bu ciddi bir rəqibdir. Ə.Kərimli ona verilən mesajla demək istəyir ki, müxalifətin "vahid namizəd"i bu olmalıdır. Yəni İ.Qəmbərə özünün "vahid namizəd" olmağını yedirtmək istəyir. Lakin bütün bunlar gülüş doğuran məsələlərdir".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə