Azərbaycanın iqtisadi inkişafı artıq ona istənilən səviyyədə beynəlxalq tədbirləri keçirməyə imkana verir. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, hər bir azərbaycanlı üçün belə beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi qüruru mənbəyidir: "İstərdim ki, belə tədbirlər davamlı olaraq Azərbaycanda keçirilsin, ölkəmizi, xalqımızı dünyaya tanıdaq. Ölkəmizdə hər bir beynəlxalq tədbir - "Avroviziya" mahnı müsabiqəsi, Dünya və Avropa çempionatları uğurla və yüksək səviyyədə təşkil olundu. Bütün bunlar Azərbaycanı dünyaya tanıtdı. Biz istərdik ki, belə bir fövqaladə hadisə - I Avropa Yay Olimpiya oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunsun və milyonlarla avropalıya Azərbaycanın real imkanlarını və mədəniyyətini çatdıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB