Bu il Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) böyük layihələr həyat keçirib. Bunu SİA-ya rəhbərlik etdiyi təşkilatın illik hesabatı ilə bağlı açıqlamasında YAP GB-nin sədri Seymur Orucov bildirib. Onun sözlərinə görə, YAP GB-nin layihələri bu ilin yanvar ayından başlayaraq həyata keçirilib: "Bu ilin yanvar ayından başlayaraq ən böyük layihərimizdən biri olan "Qış məktəbi" start götürüb. Bu layihə çərçivəsində 200-ə yaxın gənc müxtəlif tədbirlərdə iştirak edib. "Qış məktəbi" Qəbələ və Oğuz şəhərlərində keçirilib. Layihəsi çərçivəsində gənclərimiz hər zaman olduğu kimi özlərinin işləyib hazırladıqları layihələri həyata keçiriblər. Düşünürəm ki, bu layihənin müsbət nəticələrindən biri də iştirakçı gənclər arasında dostluq əlaqələrinin qurulmasıdır. Bu layihədə həm Azərbaycanın regionlarından, həm də paytaxtdan yüzlərlə gənc iştirak edib. İndi də həmin gənclər sosial şəbəkələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Biz istəyirik ki, region gəncləri ilə paytaxt gəncləri arasındakı fərq minumuma ensin. Bu bizim 2011-ci ilin yanvar ayında keçirilən konfransımızda 5 il üçün nəzərdə tutulmuş planlardan biridir".
YAP GB-nin sədri bildirib ki, Azərbaycanın bayramları və anım günləri ilə əlaqədar təşkilat tərəfindən bir çox tədbirlər həyata keçirilib: "Keçən il ərzində biz 4 regionda toplantı keçirmişik. Bunlardan biri Lənkaran şəhərində baş tutub. Burda biz bütün Cənub zonasında fəaliyyət göstərən YAP GB-nin üzvləri, sədrləri və millət vəkillərinin iştirakı ilə 3 günlük müşavirə keçirdik. Bu zaman gənclər Cənub regionunun gəzməli və görməli yerləri ilə tanış oldular. Gələcək perspektivlər üçün planlar qurdular. Hazırda biz sosial şəbəkələr vasitəsilə həmin gənclərin fəaliyyətini izləyirik. Bütün gənclərimiz aktivdirlər".
S.Orucov bildirib ki, bu il paytaxt Bakıda və ayrı-ayrı rayonlarda bir çox konsert proqramları təşkil edilib: "Bunlardan biri "Avroviziya"nın Rumıniya təmsilçisi "Mandinqa" qrupununun iştirakı ilə baş tutan konsertidir. "Qurtuluşdan tərəqqiyə" adını daşıyan konsert Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmişdi. Bu konsert gənclər tərəfindən də böyük maraqla qarşılanmışdı. Bundan əlavə biz ideoloji sahədə bir çox işlər həyata keçirmişik. Həmçinin ofisimizdə seminarlar, siyasi-ideoloji mövzuda diskusiyalar təşkil etmişik. Bizim "Universal gənclik" adlı layihəmiz gənclər tərəfindən böyük maraqla qarşılanıb. Layihə çərçivəsində də ən yaxşı mütəxəssislər dəvət olunub və gənclərlə diskusiyalar aparılıb. Gənclər bilmədiklərini bu diskusiyalar vasitəsilə öyrənib. Bütün bu layihələr çərçivəsində biz gənclərə Azərbaycanın inkişafı, həyata keçirmək istədiyi planlar və bizim üzləşdiyimiz problemli diskusiyalar aparmaqla gənclərimizə çatdırmışıq. Partiyanın yüksək vəzifəli şəxsləri ilə gənclər arasında görüşlər təşkil olunub. Son olaraq biz təhsil naziri Misir Mərdanovla gənclərin görüşünü təşkil etmişik. Bu görüş çox maraqlı keçdiyindən düşünürk ki, ilin sonuna qədər daha bir görüş təşkil edək. Dekabrın 21-22-i ərəfəsində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla gənclərimizin görüşü gözlənilir. Bu görüşlərimiz mütəmadi olaraq davam etdiriləcək".
Gənclər Birliyinin sədri bildirib ki, YAP GB-nin ən böyük layihələrindən biri "Yay məktəbi"dir. "Bu layihə çərçivəsində gənclərimiz Oğuz və Lerikdə təşkil olunan "Yay məktəbləri"ndə fəal iştirak ediblər. "Qış məktəbləri" kimi "Yay məktəbləri"nin də nəticələri gözləniləndən də yüksək olub. Bu layihələr çərçivəsində biz bir çox gənclər kəşf etmişik. Hazırda biz onlarla fəal iş aparırıq. Bundan əlavə bu layihələr gənclər arasında təbliğat aparılmasının və Azərbaycanın tanıdılması və reallıqların gənclərə çatdırılmasında sosial şəbəkələrdən çox fəal şəkildə istifadə edirik".
YAP GB-nin sədri həmçinin bildirib ki, ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində hər il YAP-ın sıralarına minlaərlə gənc daxil olur: "Partiyamızın üzvlərinin sayı artmaqdadır. Bu da bir gənc olaraq məni çox sevindirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB