Azərbaycanın Küveytdəki səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü münasibətilə anım mərasimi keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Küveytdə yaşayan, işləyən həmvətənlərimiz, habelə Küveytin tanınmış ictimai xadimləri və qonaqlar iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Sonra tədbiri giriş sözü ilə açan səfir T.Rzayev ümummilli liderin keşməkeşli həyat və fəaliyyəti, Azərbaycan xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinə aid film seyr ediblər, Ümummilli liderin fotolarından və kitablarından ibarət sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB