Azərbaycanda səfərdə olan Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən hava limanı açılması planlarına münasibət bildirib. SİA-nın xəbərinə görə, həm öz adından, həm də İsveç xarici işlər nazirinin və Polşa prezident administrasiyası rəhbərinin adından danışan N.Mladenov Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupu çərçivəsində götürdükləri öhdəliklərə sadiq qalmağa çağırıb.
"Bu öhdəliklərə güc tətbiq etməmək və digər vacib prinsiplər daxildir. Məsələnin siyasiləşdirilməsindən də çəkinmək lazımdır. İstənilən halda, qərarlar beynəlxalq hüququn mövcud aktları əsasında qəbul olunmalıdır", - N.Mladenov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB