Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlama verib
Azərbaycan Ordusu nəinki regionda, hətta bir çox dövlətlərin ordularından belə irəlidə gedən ordudur. Bunu Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.
M.Əliyev: "Hazırda dövlət tərəfindən orduya daha çox diqqət yetirilir. Ordumuz daha hazırlıqlıdır. Hesab edirəm ki, Azərbaycan ordusu torpaqlarımızı qorumağa, işğal altında olan Azərbaycan ərazilərini azad etməyə qadirdir" , - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB