Rusiyanın Qəbələ RLS-dən imtina etməsi ciddi tarixi hadisə sayıla bilər. Bununla belə, təhlükəli məqamlar da diqqətdən qaçırılmamalıdır. SİA-nın məlumatına görə, bu haqda millət vəkili Fazil Mustafa sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, bu fakt sanki 1993-cü ildə Rusiya ordusunun Azərbaycandan çıxarılmasından sonrakı qısamüddətli səssizliyi xatırladır. Sonra qopan fırtınanın fəsadlarını hamımız yəqin ki, xatırlayırıq: "Fikrimcə, təcili olaraq aşağıdakı addımlar atılmalıdır. İlk olaraq Qəbələ RLS-in Hərbi Tarix Muzeyinə çevrilməsi barədə qərar qəbul olunmalıdır. İkincisi, mümkün Şimal təhlükəsi ehtimallarını, daxili separatizm pıçıltılarını nəzərə alaraq iqtidar və müxalifət arasında qapalı müzakirələr başlanılmalı, bu mövzuda səmimi bir dialoq aparılmalıdır. Bir gerçəyi unutmamalıyıq. Ayı daha yaxşı yem tapmayınca, əlindəkini buraxmaz. Üçüncüsü isə eyforiyaya qapılıb Qəbələdən QƏLƏBƏ düzəltməməliyik. Çünki rus heyəti Qəbələdən çıxsa da, Qarabağdan hələ də çıxmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB