Bu gün "Səs" qəzeti redaksiyasında "Əbədiyaşar Lider" mövzusunda növbəti dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Urud, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ADPU-nun dosenti Nazir Əsədov, eləcə də, mətbuat nümayəndələri iştirak ediblər. Qonaqları salamlayaraq dəyirmi masanı açıq elan edən "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əbədi olaraq yaddaşlara həkk olunduğunu söyləyib.
Vurğulanıb ki, "Səs" qəzetinin redaksiyasında ölkəmizdə cərəyan edən mühüm hadisələrə, eləcə də, ən aktual, qlobal məsələlərə həsr edilmiş ənənəvi dəyirmi masalar keçirilir. Hazırkı dəyirmi masanın mövzusu isə Ulu Öndərimizin anım gününə həsr edilib.
Millət vəkili Aydın Mirzəzadə:
- Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Ümummilli Lidermiz Heydər Əliyev bu gün Azərbaycan xalqının bir simovluna çevrilib. Azərbaycançılıq, Azərbaycan dövlətinin müstəqilliyi, dünya birliyində nüfuzu və Heydər Əliyevin adı, fəaliyyəti və bu gün Onun ideallığı ilə sıx bağlıdır. Ümumilikdə, götürəndə XX əsr Azərbaycan üçün Heydər Əliyev əsridir və əslində, Azərbaycanın hər bir dövrünə Heydər Əliyev özünün imzasını şərəflə qoya bilib. Bu gün tariximiz üçün doğrudan da çox qiymətli bir səhifədir. Bir qayda olaraq, Heydər Əliyev irsini öyrənəndə - 1969-cu ildə Onun Azərbaycana rəhbər seçildikdən sonrakı dövrlər götürülür. Amma hesab edirəm ki, ondan əvvəlki dövrlərdə də Heydər Əliyevin həll etdiyi məsələləri heç də Azərbaycana rəhbərlik etdiyi dövrlərdən az əhəmiyyətli olmayıb. Məsələn, həmin dövrlərdə ziyalıların qorunmasında, onlara azərbaycançılıq ideyalarının qəbul etdirilməsində Heydər Əliyevin rolu böyükdür, tükənməzdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasına görə, şairin repressiya prosesində qorunmasında böyük fəaliyyəti oldu. 1967-ci illərdə Heydər Əliyevin Azərbaycanda Novruz bayramının dövlət səviyyəsində keçirilməsində birbaşa xidməti olubdur. Həmçinin, Azərbaycan ali məktəblərində milli ruhlu ziyalılarımızın qorunmasında və onlara yeni ideyaların verilməsində Heydər Əliyevin nəhəng rolu mövcud olmuşdur.
Səs" qəzetinin müxbiri: "Musa müəllim, qurulmuş uğurlu strategiyanın önündə Ulu Öndərin uğurlu iqtisadi, sosial siyasəti dayanır. Bu, iqtisadi, sosial siyasət Azərbaycan xalqına ümumilikdə nə verdi?
Millət vəkili Musa Urud:
- İlk öncə, onu deyək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana hər iki dönəmdə - həm sovet dövründə, həm də müstəqillik dönəmində, təbii ki, Azərbaycanın yüksəlməsi, inkişafı, dünyada tanınması və əhalinin sosial rifah halının yaxşılaşması üçün tarixi qərarlar qəbul etməklə yanaşı, onların həyata keçirilməsinə çalışmışdır. Əgər Ulu Öndər Heydər Əliyevin sovet dönəmindəki fəaliyyətini izləsək çox reallıqların nəticəsini görərik. Belə ki, 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycana hakimiyyətə gələrkən ölkə o vaxtkı SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. 1991-cı ildə isə Azərbaycan müstəqil dövlət olaraq iqtisadi potensiala malik bir ölkə kimi özünü təmin edən bir respublikaya çevrildi. Yəni Ümummilli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqil dövlət olması üçün hərtərəfli inkişaf etməsi yolunda uğurlu siyasət aparmışdır.
SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov deyirdi ki, "Heydər Əliyev SSRİ rəhbərliyinin başını üzüm və pambıqla qataraq Azərbaycanın ən böyük sərvəti olan nefti müstəqillik dövrünə saxladı." Bütün bunlar onu göstərir ki, Heydər Əliyev hətta Kommunist Partiyasının rəhbərliyi olan dövrdə belə Azərbaycanın müstəqilliyə qovuşacağına inanırdı və həmin dövrlərdəki fəaliyyətində Azərbaycanı azadlığa, müstəqilliyə tərəf qovuşmasına hazırlayırdı. Heydər Əliyevin dövründə Azərbaycanda böyük sənaye kompleksləri və zavodları tikildi. Müstəqillik dövründə də, yəni 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycana yenidən, ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin iqtisadi potensialının yüksəlməsinə nail oldu. Həmin dövrlədə Azərbaycanın dövlət büdcəsi indikindən yüz dəfə aşağı idi. Yəni 250 milyonu əhatə edirdi. Həmin dövrdə də Ulu Öndər Heydər Əliyev sosial siyasətə olduqca həssas yanaşırdı və çox əhəmiyyətli fərmanlar imzalayırdı. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması, onların ərzaq təminatı, pensiya müavinətlərini daima olaraq artırılması, əmək haqqlarının artması, iqtisadi islahatların artması və bu kimi məsələlərlə bağlı fərman və qərarlar qəbul etmişdir.
1998-ci ildən başlayaraq, Azərbaycanda iqtisadi sabitlik əldə olundu. Görülən böyük, nəhəng işlərin nəticəsində Azərbaycan 2000-ci ildən özünün uğurlu iqtisadi inkişafına qədəm qoydu və Onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev məhz Azərbaycanı Heydər Əliyevin əsasını qoyduğu strategiya əsasında quraraq, ölkəni böyük iqtisadi naliyyətələr əldə etmiş respublikaya çevirmişdir.
"Səs" qəzetinin müxbiri: "Nazir müəllim, istənilən sahənin inkişafı, elmi əsaslara söykənir. Bu mənada, Ulu Öndərin dövlət idarəetmənin elmi əsasları barədə nə deyə bilərsiniz?
Nazir Əsədov:
- Qeyd etmək istərdim ki, cəmiyyətlərin, xalqların tarixində elə bir dövrlər olub və xalqlar elə bir situasiyaya gəlib çıxıblar ki, bu xalqlar oradan çıxış yolu tapmaq üçün hər bir addımı atmağa hazır olublar. Belə hadisə 1988-ci ildə "Azadlıq" meydanına Azərbaycan xalqının toplanması ilə ölkəmizdə də yaşandı. Bu da bir tarixi qanunauyğunluq, zərurət idi. Bu hadisənin uzun müddət təşkilatlanmadan baş verməsi, sözsüz ki, nəticədə, baş verən proseslərlə özünü bəlli etdi. Belə bir prosesi bizim xalq da yaşadı. Və əslində, nəyisə istəmək asandır, ancaq onu yerinə yetirmək həmişə, hər zaman, əlbəttə ki, çətin olur. Həmin dövrü, həmin çətin anları hər birimiz keçmişik. Millətimizin, xalqımızın xoşbəxtliyi onda oldu ki, öz liderini, deyərdim ki, vaxtında, zamanında tapa bildi. Çünki cərəyan edən proseslər elə proseslər idi ki, həmin dövrə kimi yetişməli idi. Belə ki, 1988-ci ildən 1991-ci ilə qədər insanların beynində keyfiyyət dərsi keçirildi. O vaxt müxtəlif qurumlar, insanlar arasında bir-birinə zidd fikirlər yaranmışdı. Ona görə də, həmin üç il ərzində xalq daha düzgün seçim etməyə nail oldu və bildi ki, Azərbaycanı bu çətin durumdan ancaq Heydər Əliyev çıxara bilər. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev heç vaxt öz xalqını dar məqamda buraxa bilməzdi. O, Azərbaycan üçün, Azərbaycan xalqı üçün yaşayırdı və Onun böyük ürəyi Azərbaycan üçün döyünürdü. Çünki O, Heydər Əıiyev idi. Bu baxımdan, deyə bilərik ki, Azərbaycan xalqı vaxtında öz Liderinə üz
tutdu və bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətini təqdir edir, qəlbən, inamla dəstəkləyir və Onun qurduğu mütərəqqi , zəfər və qələbələr yolu ilə gedir. Və təbii ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının tarixi durduqca, Azərbaycan dövləti yaşadıqca Ümummilli Lider adını özündə saxlayacaqdır.
"Səs" qəzetinin əməkdaşı: "Vüqar müəllim, "Mənim həyatımın məqsədi müstəqil Azərbaycandır, Azərbaycan xalqı və dövlətidir" deyən Ulu Öndər bu məqsədlərini reallaşdıra bildimi?"
Vüqar Rəhimzadə:
- İlk öncə, "Səs" qəzetinə, eləcə də, qəzetin bütün kollektivinə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, Ulu Öndərimiz Heydər Əliyevlə bağlı belə bir dəyirmi masa keçirir və biz də yaranmış bu şəraitdən istifadə edərək, Ulu Öndərimiz haqqında öz fikirlərimizi söyləyə bilirik. Çünki harada olmağımızdan asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin adı səslənən yerdə Azərbaycan var, Azərbaycan dövləti var, Azərbaycan xalqı var. Çünki Heydər Əliyev dediyimiz zaman Azərbaycan, Azərbaycan dediyimiz zaman isə Heydər Əliyev başa düşülür. Bugünkü Azərbaycanımız, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin lider dövlətə çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir. Ümummilli Liderimizin xatirəsi hamımızı üçün həmişə əzizdir və bu günlərdə bir daha toplaşaraq, Onu xatırlayır, Onun haqqında fikirlərimizi söyləyirik və Onun gördüyü müqayisəolunmaz dərəcədə nəhəng işləri, apardığı mütərəqqi siyasəti ətrafında fikir mübadiləsi aparırıq. Bu gün böyük dahi, siyasi dövlət xadim Ulu Öndər Heydər Əliyev haqqında söz demək, fikir söyləmək çox çətindir. Eyni zamanda, Ümummilli Liderimiz Heydər Əliyev haqqınla söz demək, onu əldə etmək üçün uzun müddət Onun fəaliyyətini öyrənmək lazımdır ki, müxtəlif yollarla sözü demək zirvəsinə çata biləsən.
1990-92-ci illərdə, səriştəsiz rəhbərlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınalıq yaradaraq, Azərbaycanı uçuruma aparırdı, dövlətçiliyk, müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtması, bütövlükdə, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ilə başlanıldı. Nəticədə, Azərbaycan vətəndaşları yaranmış təhlükələrdən qurtuldu, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi isə tamamilə aradan qaldırdı. Və bundan sonra, məhz Ulu Öndərin qətiyyəti, iradəsi sayəsində ölkədə bütün sahələr üzrə quruculuğa start verildi. Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşının fiziki varlığı, mənəvi varlığı birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə əbədiyyən bağlıdır.
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələb və istəyi ilə 1993-cü il iyun ayının 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə hərtərəfli islahatlar aparıldı. Belə ki, Azərbaycan müstəqilliyinin inkişaf etdirilməsi və beynəlxalq aləmdə lider dövlətə çevrilməsi istiqamətində nəhəng addımlar atdı. Azərbaycan bu gün Heydər Əliyev siyasətinin uğurlu inkişafı nəticəsində artıq lider dövlətə çevrilmiş və regionda öz sözünü deyən ölkə kimi böyük layihələrin həyata keçirilməsində uğurlara imza atmaqdadır.
1994-cü ilin sentyabrın 20-də Ulu Öndərin "Əsrin kontraktı"nı imzalamsı tarixi hadisə idi. Bu tarixi kontraktın imzalanması ilə, demək olar ki, müasir Azərbaycan iqtisadiyyatının uğurlu təməli qoyuldu. Bu təməl elə bir möhkəm və elə bir sarsılmaz təməl idi ki, hazırda Azərbaycan məhz bu bünövrəsinə arxalanaraq, beynəlxalq aləmdə söz deyə bilmək qüdrətinə malik olub. Vaxt var idi, biz beynəlxalq təşkilatlarla əlaqə yaratmağa can atırdıq. Ancaq indi hər şey əksinədir. Xarici, beynəlxalq dövlətlər, iqtisadi qurumlar, nüfuzlu təşkilatlar Azərbaycanla iş birliyi qurmaqdan ötrü bir-birləri ilə rəqabət aparırlar. Və əlbəttə ki, məhz bu gün bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev uğurlu siyasəti nəticəsində nail olundu. Azərbaycan bu gün inkişaf etmiş dövlətlər
sırasında dayanan güclü, qüdrətli, müstəqil, öz sözünü beynəlxalq kürsülərdə qətiyyətlə deyən müstəqil ölkələrdəndir.
Digər çıxış edənlər Ulu Öndəri həyat yolundan, böyük insanın Azərbaycan xalqı üçün etdiyixeyirxah əməllərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB