"Müxalifət hər dəfə müəyyən bəhanələrlə icazəsiz aksiyalar keçirməyə cəhd edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, icazəli aksiyaların keçirilməsinin tərəfdarıdır: "Bu istiqamətdə inadkarlıq göstərməyə dəyməz. İcazəli aksiyalarda insanlar öz fikirlərini söyləməlidirlər. Bunun üçün bütün rayonlarda müvafiq yerlər ayrılıb. Bütün bunlara baxmayaraq, müxalifət yenə də icazəsiz aksiyalara üstünlük verir. Müxalifət isə aksiyalara icazə verilmədiyini bildirir. Düşünürəm ki, bu məsələ öz həllini tapıb. Bu tip bəhanələr gətirməyə ehtiyac yoxdur".
Millət vəkili hesab edir ki, icazəsiz aksiyaların dağıdılmasının Azərbaycanın beynəlxalq imicinə mənfi təsiri olmayacaq: "Dünyanın bütün ölkələrində icazəsiz aksiyalar dağıdılır. Bu Avropa ölkələrində də belədir. Azərbaycanda da icazəli aksiyaların keçirilməsinə qanunvericiliklə yol verilir. Ancaq icazəsiz aksiyalar dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qarşısı alınır. Artıq müxalifət inadkarlıqdan əl çəkib icazəli aksiyalara getməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB