Dublin şəhərində keçirilən ATƏT Xarici İşlər Nazirlərinin növbəti toplantısı çərçivəsində keçirilən görüşlərdə qərara alınıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə mövzu ətrafında müzakirələri davam etdirsinlər. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində acizdir: "Bu acizlik ATƏT-in sədri tərəfindən də etiraf olunub. Hər zaman olduğu kimi işğalçı dövlətə qarşı heç bir təzyiq edilmir. ATƏT-in Minsk qrupu işğalçı ilə işğala məruz qalanı eyniləşdirir. BMT Təhlükəsizlik Şurası tərəfindən mandat verilən ATƏT-in Minsk qrupunu münaqişənin həllində rol oynayacaq təşkilat kimi qəbul etmək olmaz. Çünki bu təşkilat öz işinin öhdəsindən gələ bilmir. Bu prosesdən də ümidverici heç bir şey gözləmək olmaz".
Siyasi şərhçi hesab edir ki, prezidentlərin və xarici işlər nazirlərinin görüşünün baş tutmamasının səbəb Ermənistanın yürütdüyü işğalçılıq siyasətdir: "Ermənistan apardığı siyasət aparılan danışıqların dayandırılmasında bir başa rol oynayıb. Azərbaycan yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyini ortaya qoyub. Bu müstəvidə danışıqların davam etdirilməsinə hazır olduğunu bildirib. Ermənistan da bilavasitə Rusiyanın iştirak ilə manifilyasiya edərək bu prosesdən yayındı. Bütün bu səbəblərdə də danışıqlar prosesi dalana dirənib. Ermənistan hər dəfə sıfır nöqtəsinə qayıtmağa çalışır".
Danışıqlar prosesinin davam etdirliməsinə lüzum olmadığını deyən siyasi şərhçi qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsi Azərbaycanın maraqlarına ziddir: "Çünki həmsədrlər faktiki olaraq Ermənistanın mövqeyindən çıxış edirlər. Baxmayaraq ki, hər üç dövlət BMT Təhlükəsizlik Şurasının üzvüdür və Azərbaycan torpaqlarının qeyd şərtsiz azad edilməsi haqqında BMT-nin qəbul etdiyi qətnamələrə səs veriblər. Minsk qrupuna mandat ona görə verilib ki, bu qətnamələrin tələblərini yerinə yetirsinlər. Onlar hər vəchlə münaqişənin həllinin uzadılmasına çalışırlar. Belə olan təqdirdə onlara etimad göstərmək olmaz. Azərbaycanın tək çıxış yolu qalır, bu da işğal olunmuş torpaqlarının azad etmək uğrunda aparacağı müharibədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB