Millət vəkili Qənirə Paşayeva qarşıdan gələn Beynəlxalq İnsan Haqları Günü ilə bağlı Doğu Akdeniz Universiterində keçirilən konfransda Ermənistanın 20 ildən artıqdır ki, haqlarını pozmaqda davam etdiyi azəbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.
Millət vəkili Qənirə Paşayeva Ermənistanı insan haqlarını ən kobud və ən çox pozan ölkə adlandırıb. Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddaları ilə bağlı geniş çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, beynəlxalq təşkilatlar və ictimaiyyət artıq 1 milyon azərbaycanlı qaçqın və məcburu köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönə bilməsi üçün səyləri daha da artırmalı, Ermənistana bu istiqamətdə təzyiqləri artırmalıdırlar. Kuzey Kıbrisda Doğu Akdeniz Universitetində çıxışı zamanı Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib. O deyib ki, Ermənistanın Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar: "Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir", - deyən millət vəkili "bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanınması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır", -əlavə edib.
"Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirmişdi: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır." Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi İsmayıl Bəy Qaspirallının
"Dildə, fikirdə, işdə birlik" və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər", – deyib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumatlar verib. O deyib ki, "qondarma erməni soyqırımı"na qarşı mübarisə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
Millət vəkili Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifə düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. "Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq", - deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva gənclərini maraqlandıran sualları da cavablandırmışdır və geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda Doğu Akdeniz Universitetinin rəhbərliyi Qənirə Paşayeva konfransda iştirakına və çıxışına görə təşəkkür etmiş, xatirə hədiyyələri təqdim etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB