Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra Avropa İttifaqı da Suriyadakı diplomat sayını azaltmağa qərar verib. SİA-nın məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib ki, mövcud təhlükəsizlik səbəbi ilə bu addım atılıb.
Onun sözlərinə görə, baş verən hadisələrlə əlaqədar Dəməşqdəki Aİ diplomatlarının fəaliyyətini minimum səviyyədə aşağı salınması qərarına gəlinib.
Qeyd edək ki, bir müddət əvvəl BMT mövcud təhlükəsizlik şərtləri səbəbi ilə Suriyadakı vəzifəli şəxslərin sayını azaltmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB