Rusiyanın himayəsi Ermənistanın mövcudluğunu şübhə altına alır AÇIQLAMA

Rusiyanın himayəsi Ermənistanın mövcudluğunu şübhə altına alır AÇIQLAMA

Ermənistan sərhədlərinin Rusiya tərəfindən mühafizə olunması Rusiyanın Azərbaycan qarşı yürütdüyü siyasətin təzahürüdür. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib: "Azərbaycan və Gürcüstan MDB daxilində öz sərhədlərini qoruyan dövlətlərdir. Rus hərbiçiləri Azərbaycan sərhədlərinin qorunmasında iştirak etmir. Rusiya nəyin bahasına olur olsun, Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaya çalışır".

Ermənistan sərhədlərinin Rusiya tərəfindən qorunmasına münasibət bildirən politoloq hesab edir ki, hər hansı bir dövlətin sərhədlərini başqa dövlət qoruyursa bu həmin dövlətin mövcudluğunu şübhə altına alır: "Ermənistan bu bəyanatları ilə Rusiyanın fikirlərini Azərbaycan və Gürcüstana çatdırır. Bu iddialar hər kəsə bəllidir. Rusiya hər zaman Gürcüstan və Azərbaycanda hərbi və siyasi mövcudluğunu artırmağa çalışır. Ermənistan isə özü forpost olduğu üçün hər kəsi forpost olaraq görmək istəyir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə