"Rüstəm İbrahimbəyova hörmətimiz böyük olsa da..."

"Rüstəm İbrahimbəyova hörmətimiz böyük olsa da..."

"Rüstəm İbrahimbəyova böyük hörmətimiz var. Ancaq ARDNŞ qanunsuz torpaq tutulmalarına ayrı-ayrı fərdlərə görə baxa bilməz". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, sözügedən problemlə bağlı ARDNŞ-in minlərlə məhkəmə çəkişməsi var: "O torpaqları bələdiyyələr qanunsuz verib. Yalnız torpaqların şəkli çəkilib, koordinatları isə çəkilməyib. Qarışıq sənədlər təqdim olunub".

R.Abdullayev qeyd edib ki, qanunsuz torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yaradılan komissiya araşdırmalar aparır: "Təkcə Bakının Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, tezliklə bu problemlər öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə