Batan erməni gəmisi

Gənc maliyyə naziri enerjisini bu gəmini tərk etməyə yönəldir

Ermənistanın maliyyə naziri gənc yaşına baxmayaraq, çox yorulub. O tezliklə öz vəzifəsindən gedə bilər, bunu erməni qəzeti "168 jam" qəzeti yazır.

Əvvəl Ermənistan mərkəzi bankının keçmiş rəhbəri olmuş, indi maliyyə naziri işləyən Vaçe Qabrielyan, gerçəkdən, ölkənin maliyyə sektorundakı deşikləri doldurmaqdan və cırıqları yamamaqdan çox güclü yorulub. Özü də qaçaraq təmir demək olar ki, heç bir nəticə vermir. Ermənistanın borc öhdəlikləri artır, iqtisadi artım isə yalnız sözdədir.

İndiki maliyyə naziri, yəqin ki, aydın başa düşür ki, durumun yaxşılaşdırılması ilə bağlı perspektivlər isə demək olar ki, yoxdur. Buna görə də erməni maliyyəçisi, nə qədər gec deyil, batan bu gəmini tərk etməyi qərar verib və buna dəhşətli yorulmaq donu geyindirir. anspress

Bütün xəbərlər Facebook səhifəmizdə