"Təkcə Bakıda və onun ətrafında yaşıllığı təmin etmək üçün son 3 ildə 3,5 milyon müxtəlif adda ağac və kollar əkilir". SİA-nın məlumatına görə, bunu "QDİƏT üzv dövlətlərinin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri" mövzusunda məsələnin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədri Asəf Hacıyev deyib.
Şəhərlərdə mədəni irslərin qorunmasına toxunan A. Hacıyev bildirib ki, çox təəssüflər olsun ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox şəhərləri və onun mədəni tarixi irsləri məhv edilib: "Təkcə Dünya Bankının hesablamalarına görə işğal olunan ərazilərə dəyən ziyanın 60 milyard dollar təşkil etdiyi deyilir. Ancaq dünya ictimaiyyəti Azərbaycana qarşı işğalçılıq siyasətinə, mədəni və tarixi abidələrin dağıdılmasına biganə yanaşır və susmaqda davam edir. Ermənistan beynəlxalq təşkilatları isə işğal faktı ilə qəbul etdiyi sənədləri rədd etməkdədir. Bu işğal faktı davam etdikcə hansı ədalətdən söhbət gedə bilər? Bu beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu mövqeyi ikili standartın bariz nümunəsi kimi dəyərləndirilir".
Asəf Hacıyev hesab edir ki, artıq dünya ictimaiyyətinin Ermənistanın bu işğalçılıq siyasətinə son qoymasını tələb etməsinin zamanıdır: "Maddi irsi və şəhərləri dağıdan ermənilər cəzalandırılmalıdır. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ probleminin həlli regionda sülhün, ədalətin və sabitliyin bərqərar olmasına gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB