"Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasındakı qalmaqallı çıxışı onu göstərdi ki, ermənilər hər zaman hər şeyin əksinə hərəkət ediblər". Bunu SİA-ya Millət vəkili Fazil Mustafa söyləyib. Onun sözlərinə görə, ermənilərin bu səfərki addımı da onların növbəti təbliğatının bariz nümunəsi idi.
F.Mustafa bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakıda keçirilməsi ölkəmiz üçün müsbət bir addım idi: "Çünki müxtəlif dünyagörüşünə, istiqamətə sahib olan güclərin Azərbaycanla bağlı problemləri müzakirə etməsi və anlayışa sahib olması bizim xeyrimizədir".
ATƏT-in Mİnsk qrupu həmsədlərinin regiona növbəti səfərinə də münasibət bildirən deputat qeyd edib ki, onların bu səfəri də, digərləri kimi nəticəsiz qalacaq: "Bu onların növbəti turistik səfərindən başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB