Andrey Klimov: "Dağlıq Qarabağ probleminin həlli üçün əsas amil etimaddır"
Münaqişənin həlli üçün əsas amil etimaddır. SİA-nın xəbərinə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında jurnalistlərə verdiyi açıqlamada Rusiyanın "Yediyana Rossiya" Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov deyib. Onun sözlərinə görə, "Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin həll yolu tapa bilməsi üçün biz partiyalararası əməkdaşlıq çərçivəsində bölgədə gərginliyin azaldılmasına töhfə verə bilərik. Dağlıq Qarabağ münaqişəsi həssas məsələdir. Postsovet məkanında bir çox "qaynar" nöqtədə, o cümlədən Dağlıq Qarabağda mürəkkəb vəziyyət yaranıb və çıxış yolu tapmaq asan deyil".
A. Klimovun bildirib ki, münaqişənin həlli üçün etimadın qurulması vacibdir: "Rusiyanın bir vasitəçi kimi vəzifəsi sadədən mürəkkəbə doğru irəliləməkdir".
Həmçinin Rusiyalı siyasətçi bildirib ki, problemin həlli üçün ATƏT-in Minsk Qrupu var, tərəflər arasında etimadın qurulması üçünsə partiyalararası əməkdaşlıqdan istifadə etmək olar.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB