Şəmsəddin Hacıyev: "Dünya Azərbaycana həsədlə yanaşır" AÇIQLAMA

Şəmsəddin Hacıyev: "Dünya Azərbaycana həsədlə yanaşır" AÇIQLAMA

"Artıq Azərbaycan öz inkişafında elə bir mərhələyə çatıb ki, dünya əhəmiyyətli forumlar, sammitlər Bakıda keçirilir". Bu fikirləri SİA-ya millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakıda keçirilməsi çox mühüm hadisədir: "Bakı artıq bu kimi tədbirlərin keçirilməsi üçün həm iqtisadi həm də siyasi mərkəzə çevrilib. Bütün bunlar Azərbaycanın dünyada artan nüfuzu ilə bağlıdır. Bu tədbirdə biz asiya qitəsində baş vermiş münaqişələr haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz səsimizi bütün asiya qitəsinə çatdırırıq. Məlumdur ki, asiya qitəsindən gələn siyasi partiyalar bizi dəstəkləyir. Düşünürəm ki, yeni qərarlar öz bəhrəsini tezliklə verəcək.

Uruqvay parlamentarilərini Azərbaycanın icazəsi olmadan səfər etməsini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olduğunu deyən millət vəkili "Dağlıq Qarabağ kimi seperatçı rejimi heç bir ölkə tanımır. Belə addımların atılması erməni diasporunun iflasıdır. Dünyaın heç bir ölkəsi Dağlıq Qarabağı tanıya bilməz. Bu beynəlxalq hüquq və normalarına ziddir".

Gələn həftə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılmaq istəməyən Ermənistanın bu məsələdə Azərbaycanı günahlandırmasını Şəmsəddin Hacıyev əsasız böhtan olaraq qiymətləndirir: "Ermənistan stol arxasın keçəndə həmişə "qarın ağrısı" tutur. Bunların işi ancaq şər və böhtan atmaqdır. Bu tip addımlar atmaqla prosesi uzatmaq istəyirlər. Bu haqda cənab prezident İlham Əliyev YAP-ın 20 illik yubileyindəki çıxışında çox gözəl dedi: "O gün uzaqda deyil ki, Azərbaycanın bayrağı Şuşada, Xankəndində dalğalanacaq". Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, Ermənistan nə qədər danışıqlardan qaçsa bu onların ziyanınadır. Dağlıq Qarabağ problemi tezliklə həll olunacaq".

Son günlərdə Rüstəm İbrahimbəyovun verdiyi sərsəm bəyanatlarda toxunan millət vəkili hesab edir ki, onun bir il əvvəlki fikirləri ilə indiki fikirləri əks qütüblüdür: " Rüstəm İbrahimbəyovun fikirləri ilə qətiyyən razılaşa bilmərəm. Azərbaycanda son illərdə qərarlaşmış iqtisadi və siyasi sabitliyə dünyanın əksər ölkələri həsədlə yanaşır. Bu gün Azərbaycan düşünülmüş, uzaqgörən siyasət nəticəsində hər il 5 ilə sığmayacaq inkişaf yolu keçir. Bunu görməmək sadəcə Azərbaycanı sevməyən, ona bağlı olmayan insanların subyektiv fikirləridir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə