Bidzina İvanişvili Azərbaycana gəlir

Bidzina İvanişvili Azərbaycana gəlir

Gürcüstanın baş naziri Bidzina İvanişvili növbəti səfərini Azərbaycana edəcək. SİA-nın məlumatına görə, bunu bugünkü mətbuat konfransında çıxışı zamanı baş nazir özü deyib. O bildirib ki, ABŞ-a səfəri təxirə salındığına görə, növbəti səfəri çox güman ki, Azərbaycana olacaq.

"Bu səfər Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətimizə sübut olacaq. Düzdür, Azərbaycanla indi də xoş münasibətlərimiz var, lakin biz bu münasibətləri daha da yaxşılaşdırmaq istəyirik".

İvanişvili bildirib ki, Azərbaycan Gürcüstana qazı "çox maraqlı qiymətə" nəql edir: "Gürcüstan əhalisi buna görə Azərbaycana çox minnətdardır və gələcəkdə bu fikrimi daha dəqiq ifadə edəcəyəm. Göstərdiyi köməyə və əməkdaşlığa görə Azərbaycana minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə