"Biz artıq Ermənistanın tarixdən belə bütün yalanlarının şahidi olmuşuq". Bunu SİA-ya YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev ermənilərin Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 40-cı plenar sessiyasında iştirakı ilə bağlı məsələyə toxunarkən deyib.
Deputatın sözlərinə görə, hələ avqust ayında Ermənistan tərəfinə sözügedən sessiyada iştirak etməsi üçün dəvət göndərilib: "Həmin dəvət də onlar tərəfindən qəbul olunub və təsdiqlənib. Bu haqda qurum rəhbərlərinin xəbəri də var. Əgər bir ölkənin spikeri yalan danışırsa, bu dövlətdən başqa heç nə gözləmək olmaz. Onlar bizim dəvəti qəbul etməyiblərsə necə ola bilər ki, həmin günün səhəri bizə müraciət edərək gəlmək istədiklərini deyirlər? Əlbəttə, bütün bunlar qarşı tərəfdən Azərbaycana qarşı böhtan xarakterli fikirlərə hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB