Bahar Muradova erməni nazirin cavabını verdi

Bahar Muradova erməni nazirin cavabını verdi

Beynəlxalq hüquq prinsiplərini ayaq altına alıb tapdayan, təcavüzkarlığı dövlət siyasəti çərçivəsində normal hesab edən Ermənistan kimi bir ölkə daha yaxşı olar ki, indi də özlərində iradə tapıb işğalçılıqlarını boyunlarına alardılar. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin "İrs" Partiyasının sədri Raffi Ovannisyanın Dağlıq Qarabağ barəsində Bakıda söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan boynuna almalıydı ki, qonşu dövlət olan Azərbaycanın torpaqlarının bir hissəsini hələ də işğal altında saxlayır: "Bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hələ də bütün bunları boynuna almaq istəmir".

B.Muradova deyib ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yarana bilməz və ölkə heç bir zaman torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq: "Hesab etmirəm ki, Ermənistan tərəfinin bu kimi fikirləri Azərbaycanda ictimai rəyə hər hansı bir təsir göstərsin. Çünki Ermənistanın işğalçı olduğunu BMT-nin 4 qətnaməsi, ATƏT-in qəbul etdiyi sənədlər və Minsk Qrupunun bəyanatları bir daha göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə