Heydər Əliyev Parkında fləşmob keçirilib FOTO

Heydər Əliyev Parkında fləşmob keçirilib FOTO

Bu günlər ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan və 20 illik şərəf dolu yol keçən Yeni Azərbaycan Partiyasının yubileyi təntənəli şəkildə qeyd edilir. SİA-nın verdiyi məlumata görə, 20 illik yubiley tədbirlərinə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də öz tövhəsini verib. Elə bu məqsədlə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup aktiv üzvləri Nəsimi rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında fləşmob keçirib.

Fləşmob zamanı gənclər park ərazisində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə qarşısına əkli qoyub və Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Aksiya 21 noyabr tarixində saat 14:00-da Nəsimi rayonu ərazisində yerləşən Heydər Əliyev parkında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə