Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq. SİA-nın məlumatına görə, belə bir bəyanatla Gürcüstanın xarici işlər naziri Maya Pancikidze çıxış edib. Ölkəsinin MDB-yə qayıda biləcəyi ilə bağlı ehtimalların əsassız olduğunu deyən diplomat quruma üzvlüklə bağlı hər hansı rəsmi təklif almadıqlarını bildirib.
"Düşünürəm ki, MDB-də bunun mümkünsüzlüyünü yaxşı anlayırlar. Gürcüstan yalnız iki quruma – Avropa İttifaqı və NATO-ya qəbul olmaq niyyətindədir. Bizim strategiyamız məhz bu istiqamətdədir. MDB-yə qayıtmaq barədə isə söhbət gedə bilməz", - deyə o vurğulayıb.
Bir neçə gün öncə MDB İcraiyyə Komitəsinin nümayəndələri Gürcüstanın MDB-yə qayıtması ilə bağlı məsələni nəzərdən keçirməyə hazır olduqlarını bəyan etmişdilər. Gürcüstan 1993-cü ildən MDB-yə üzv olub. Lakin 2008-ci il avqust müharibəsindən sonra birlikdən çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB