Nazir zəlzələ bölgəsində!

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib. Nazirlikdən SİA-ya verilən məlumata görə, K.Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb. Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını sakinlərə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə