"Türkiyənin Avro-Atlantik alyansa üzvlüyü buna imkan vermir"

"Türkiyənin Avro-Atlantik alyansa üzvlüyü buna imkan vermir"

"Artıq uzun illərdir ki 2 ölkə arasında hərbi sahədə yaranan ciddi əməkdaşlıq təkcə müdafiə nazirlikləri müstəvisində deyil, həm də müdafiə sənayesi sahəsindədir". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında bir sıra istiqamətlərdə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanıb: "Bu sazişlərdən ən önəmlilərindən biri də hərbi sahədə əməkdaşlıqla bağlıdır. Azərbaycan və Türkiyə birgə silah sursat istehsalı ilə də bağlı addım atıblar və eyni zamanda yenilərini planlaşdırırlar".

Siyasi şərhçi dekabrın 17-dən 21-dək Ankara şəhərində keçiriləcək Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələri barəsində də məlumat verib. O deyib ki, təbii ki, keçirilən görüşdə məhz hərbi əməkdaşlıq sahəsində yeni addımların atılacağını gözləmək mümkündür: "Ümumiyyətlə, Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı hər iki dövlətin maraqlarına uyğundur. Eyni zamanda bu həm də regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına yönəlib. Biz istəyərdik ki, Azərbaycan və Türkiyə eyni hərbi itifaqda təmsil olunsun. Lakin mövcud geosiyasi şərait və Türkiyənin Avro-Atlantik alyansa üzvlüyü buna imkan vermir. Türkiyə NATO-nun üzvü olduğu üçün adı çəkilən təşkilatın digər bir üzvünə qarşı hərbi ittifaqda ola bilməz. Hərbi əməkdalığın genişləndirilməsi üçün kifayət qədər hərbi potensial var, hər iki dövlətin iqtisadi inkişafı imkan verir ki, həm silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması sahəsində, həm də silh sənayesində ciddi əməkdaşlıq etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə