"Milli Məclisdə müzakirə olunası bir çox məsələlər var. Təbii ki, gündəlikdə olan məsələlərin müzakirəsində də millət vəkilləri hər zaman öz aktiv mövqelərini ortaya qoyurlar". Bunu SİA-ya Millət vəkili Qənirə Paşayeva deyib.
Parlament üzvünün sözlərinə görə, bundan başqa millət vəkilləri onları maraqlandıran, narahat edən məsələləri də daim parlamentdə müzakirə edirlər: "Artıq Milli Məclisdə 5-6 gündən sonra Dövlət büdcəsinin müzakirələri olacaq. Bu da təbii ki, ölkəmiz üçün çox önəmli hadisələrdən biridir. Bununla belə deputatlarla birgə bölgələrimizlə bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB