YAP-da gənclərin təmsilçiliyi uğurlu gələcək vəd edir

YAP-da gənclərin təmsilçiliyi uğurlu gələcək vəd edir

Ümumilikdə Yeni Azərbaycan Partiyasının (YAP) 20 il ərzində keçdiyi yol çox şərəfli, məsuliyyətli və insanları qələbəyə aparan bir yol olub. SİA-nın xəbərinə görə, bunu YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov söyləyib.

Onun sözlərinə görə, bu qələbənin əsasında dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya dayanır: "Bu partiya ulu öndərin zəkasından yaranan partiyadır. Eyni zamanda partiyanın bugünki uğurlarının arxasında cənab prezident İlham Əliyevin proqmatik siyasəti dayanır. YAP-ın hər bir rayon təşkilatının özünəməxsus fəaliyyəti vardır. Biz rayon təşkilatları olaraq partiyanın ümumi xəttinə uyğun olaraq işlərimizi qururuq. Eləcə də Qaradağ rayon təşkilatı fəal təşkilatlardan biridir. Fəal olmamızın başlıca səbəblərindən biri isə odur ki, rayon təşkilatımızın formalaşmasında, təşkilatlanmasında, ümumilikdə YAP-ın təşəkkül tapmasında prezident İlham Əliyevin mühüm rolu olub və bu, özünü Qaradağ rayon təşkilatının timsalında da göstərir. Çünki 1995-ci ildə cənab prezident Qaradağ rayonuna millət vəkili seçilmişdi və həmin dövrlərdə dövlət başçısı rayonumuzla çox sıx əlaqələr saxlayırdı".

A.Hüseynov deyib ki, Prezidentin bizlərlə görüşü, 1999-cu ildə Qaradağ rayon təşkilatının 5-ci konfransında və 2001-ci ildə keçirilən növbəti konfranslarda iştirakı YAP-ın Qaradağ rayon təşkilatının fəaliyyətində qızıl səhifələrdən biri kimi həkk olundu: "Partiyamız bütün sahələrdə fəaliyyət göstərir və tərkibi çox zəngindir. Bir məqamı da qeyd etmək istərdim ki, rayonumuzun yaşayan insanların 12 faizə qədəri YAP-ın üzvüdür. Xüsusilə gənclərimizin YAP-ın tərkibində təmsil olunması partiyanın gələcəyindən xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə