Bu gün "Postsovet məkanında inteqrasiya proseslərinin perspektivləri" mövzusunda Moskva-Kiyev-Kişinyov-Bakı-Yerevan-Astana multimedialı videokörpü qurulub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, Ermənistan sərhədlərinin bağlanmasında İrəvan özü günahkardır.
"Əgər ərazilər işğal edilməsə və məlum münaqişə, çoxlu sayda qaçqınlar olmasaydı, o zaman regionda münasibətlər 90-cı ilə qədər olduğu kimi formalaşardı", - deyə Sadıqov əlavə edib.
Qeyd edək ki, telekörpü zamanı MDB ölkələri İnstitutunun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov vurğulayıb ki, Ermənistan sərhədlərinin bağlanması MDB-yə inteqrasiyaya maneədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB