YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun "Səs" qəzetinə müsahibəsi
- Namiq müəllim, buildiyimiz kimi xalqımız Yeni Azərbaycan Partiyası yaranmasının 20-ci il dönümünü böyük qürur hissi ilə keçirmək ərəfəsindədir. Məhz bu baxımdan, Yeni Azərbaycan dediyimiz zaman, rayon təşkilatının sədri olaraq sizdə hansı assosiativ fikirlər oyanır?
- İlk növbədə fürsətdən istifadə edərək, "Səs" qəzetinin kollektivini, eləcə də partiyamızı dəstəkləyən hər bir soydaşımızı 20 illik yubliey münasibəti ilə ürəkdən təbrik edirəm. Söz yox ki, bu gün Yeni Azərbaycan Partiyasının nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə ən nüfuzlu siyasi təşkilat kimi dəyərləndirilməsi özündə bir çox tarixi prosesləri əsaslandırmaqdadır. Təbii ki, ilk növbədə burada Heydər Əliyev dühası və tarixi zərurət amilləri birincilik təşkil edir. Hələ 90-cı illərin əvvəllərində, daha dəqiq desək, ölkəmiz müstəqillik əldə etdikdən sonra, dünyada və ölkəmizdə cərəyan edən proseslər müsbətdən çox mənfi təzahürləri ilə yada qaldı. Azərbaycan naşı siyasilərin əlində yenicə qazandığı müstəqilliyini itirmək üzrə idi. Xalq isə canı-qanı bahasına əldə etdiyi müstəqilliyin itirilməməsi üçün böyük çətinliklər astanasında idi. Təəsüflər olsun ki, xalqın maraqlarına zidd olaraq, xəyanətkarlıq siyasəti yürüdən naşı siyasətbazlar baş verən proseslərin fərqinə varmayaraq, şəxsi mənfəətərini güdməklə yanaşı, xarici dairələrin maraqlarına cavab verə biləcək tərzdə siyasi addımlar atırdılar. Nəticədə ölkəmiz sürətlə siyasi, iqtisadi, sosial tənəzzülə uğramaqda idi.
Məhz bu nöqteyi nəzərdən götürsək, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını vurğulaya bilərik. Təbii ki, xalqımız həm də onu arxasınca apara biləcək bir liderərə möhtac idi və burada ilk növbədə Heydər Əliyev fenomeni dayanmışdı. Belə bir ərəfələrdə Yeni Azərbaycan Partiyasının yaranışı, fəaliyyəti və yarandıqdan sonra, bir il ərzində iqtidara gəlməsini xüsusilə qeyd etmək istərdim. Məhz həmin ərəfələrdən başlayaraq, Azərbaycan düşdüyü qaranlıq çuxurdan xilas olmağa başladı. Xalqımızın Ümummilli Lideri Yeni Azərbaycan Partiyasının Sədri kimi siyasi fəaliyyət dövrünü qətiyyət və əzmkarlıqla davam etdirdi və nəticədə partiyamız sivil, demokratik yolla iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyev 93-cü ildə xalqımızın yekdil səsis ilə Azərbaycan Resüpublikasının Prezidenti seçildi. Həmin dövr Azərbaycanın yüksəliş, qurtuluş, ilkin inkişaf dövrü kimi yadda qaldı.
Bu gün Ümummillli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, partiamızın Sədri, cənab Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasəti ilə hazırkı Azərbaycanımızı bütün dünyaya tanıtdı. Bütün sahələr üzrə gedən mütərəqqi inkişaf ölkəmizi dünya dövlətləri içində söz deyən, lider dövlət kimi tanıtmaqdadır. Bu ilin may atında gözəl paytaxtımız Bakı şəhərində baş tutmuş "Eurovision" mahnı yarışmasının möhtəşəmliyi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü, ölkəmizdə siyasai, iqtisadi, sosial, mədəniyyət və idman sahələri üzrə beynəlxalq tədbirlərin keçirilməsi məhz bu kimi tendensiyaların reallığını əks etdirir. Təbii ki, bütün bunların gerçəkləşməsi, əsas təməl prinsipi Yeni Azərbaycan Partiyası hələ 20 il öncə formalaşdırılarkən Ulu Öndər Heydər Əliyev tərəfindən nəzərdə tutulmuşdu. Və bizlər bu gün çox xoşbəxtik ki, bu modernləşmə, bu tərəqqi və inkişaf məhz Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
- Söz yox ki, rəhbərlik etdiyiniz rayon təşkilatı da 20 illik yubiley münasibətilə tədbirlər planı hazırlamaqdadır...
Bəli, artıq bizim tədbirlər planımız müəyyənləşdirilib. YAP Xəzər rayon təşkilatı noyabr ayının 10-dan başlayaraq, 20- ci ildönümün təntənəli surətdə qeyd olunması üşün silsilə tədbirlər keçirəcək. Tədbirlərdə veteran YAP-çılarımızla yanaşı xüsusilə gənclərin, yeniyetmələrin yaxından iştirakı nəzərdə tutulub. Rayon ərazisində ağacaəkmə kampaniyaları ilə birgə, inşa müsabiqələri, müxtəlif idman yarışları, eləcə də bayram konsertləri təşkil ounacaq. Bir sözlə, Yeni Azərbayan Partiyasının yaranmasının 20-ci il dönümü böyük fərəh və qürur hissi ilə qeyd ediləcək.
- Namiq müəllim, artıq deyə bilərik ki, Xəzər rayonu paytaxtımızın ən gözəl və füsunkar ərazilərindən birinə çevrilməkdədir. Sizcə bütün özəlliklərin təmənildə hansı məqamlar dayanmaqdadır?
Bildiyimiz kimi, möhtərəm Prezident İlham Əliyev Bakı və Bakıətrafı kənd və qəsəbələrin inkişafı üşün çox əhəmiyyətli Sərəncamlar imzalayıb. Özünüzün də gördüyünüz kimi, Xəzər rayonunun bütün kənd və qəsəbələri köklü şəkildə yenilənib, müasirləşdirilib. Rayon ərazisində möhtəşəm idman kompleksləri, yeni məktəblər, parklar və xiyabanlar istifadəyə verilib. Yollarımız, xüsusilə kənd və qəsəbələrarsı yollarımız təməlli olaraq yenilənib. Bildiyimiz kimi, rayon sakinlərinin tam rahatlığı üçün, infrastrukturların müasir standartlara cavab verməsi şətrdir və bu şərt bütünlüklə reallaşdırılıb. Yəni vaxt var idi ki, Xəzər rayonu ərazisində yol, qaz, işıq, su, kanalizasiya kimi problemlər mövcud idi. Ancaq indi həmin problemlər köklü şəkildə aradan qaldırılıb. Eyni zamanda, hər bir rayon sakini işlə təmin olunub, həyat səviyyəsi isə yüksəkdir.
Bu özəlliklərin hansı məqamlara dayanmasına gəldikdə isə demək istərdim ki, dövlətimizin apardığı siyasətlə yanaşı, burada Xəzər rayonundan seçilmiş millət vəkilimiz, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Mehriban xanım yeddi illlik millət vəkilliyi dövründə o qədər böyük və mühüm işlər aparıb ki, əgər bütün bunları sadalasaq, sadəcə, vaxt yetişdirə bilmərik. Xüsusilə təhsil sahəsinə verilən yüksək qiymət hər bir rayon sakininə sevinc hissi bəxş edib. Bizim hər birimiz Xəzər rayonunun sakinləri olaraq, bizim tərəfimizdən seçilmiş millət vəkilimiz Mehriban xanım Əliyevanın gələcək fəaliyyətində daha böyük uğurlar qazanmasını arzu edirik.
- Namiq müəllim, YAP Xəzər rayon təşkilatı həm də seçki dövrlərində öz aktivliyi ilə daim ön sıralardan birini tutub. Sizcə, bu kimi mühüm amilin arxasında hansı daha hansı nüansaları göstərmək olar?
Çox düzgün buyurdunuz ki, nəinki YAP Xəzər rayon təşkilatı, bütövlükdə bütün rayon sakinləri seçkilərdə öz aktivliyi ilə daim öndə olublar. Bu isə onu deməyə əsas verir ki, həm parlament, həm də bələdiyyə seçkilərində qalib gələn namizədlərimiz öz platformalarını layiqincə gerçəkləşdirirlər. Əlbəttə ki, seçicilər bütün bu kimi nüansları lazımınca dəyərləndirilərək bütün seçkilərdə aktiv iştirak edirlər.
Yeri gəlmişkən, artıq Azərbaycanı qarşıda daha bir önəmli seçki - Prezident seçkiləri gözləyir. Əlbəttə ki, bu seçkilərdə bizim əsas namizədimiz Prezident İlham Əliyev olacaq. Yeni Azərbaycan Partiyası və bu partiyanın hər bir üzvü birmənalı olaraq, partiyanın Sədri cənab İlham Əliyevə səs verəcək, Onu dəstəkləyəcək. İnanırıq ki, məhz 2013-cü il seçkilərində qələbə Yeni Azərbaycan Partiyasının namizədinin olacaq. Bu qələbə həm də Azərbaycanın, Azərbaycan xalqının növbəti tarixi zəfəri kimi qızıl hərflərlə yazılacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB