"Hesab etmirəm ki,15 ildən çox mühacirətdə yaşayan və Azərbaycanda ictimai-siyasi proseslərə ciddi təsir etmək imkanı olmayan bir insan Rusiya prezidenti ilə görüşə nail ola bilsin". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov söyləyib.
Partiyanın sədr müavini bildirib ki, əgər Rəsul Quliyevin Rusiya prezidenti ilə görüşmək arzusu varsa, qoy bu arzusunu yerinə yetirsin: "Hesab edirəm ki, Rusiya qonşu dövlət kimi Azərbaycanda destruktiv niyyətlər güdən insanlarla görüşməklə iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin üzərinə kölgə salar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB