"O ki, qaldı həmsədrlərin görüşüb bəyanat verməsinə,..."

"O ki, qaldı həmsədrlərin görüşüb bəyanat verməsinə,..."

"Azərbaycan Dağlıq Qarabağ məsələsinin sülh danışıqları vasitəsilə həllinə sadiqliyini dəfələrlə bəyan edib". Milli məclisin vitse-spikeri Bahar Muradova SİA-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, son vaxtlar erməni tərəfinin provakasiyaları və danışıqları pozmaq istiqamətində göstərdiyi cəhldlər ortada olsa da, Azərbaycan bu prosesə sadiqdir: "O ki, qaldı həmsədrlərin görüşüb bəyanat verməsinə, əlbəttə sülh danışıqlarına sadiqlik hər birinin dilindən səslənir. Amma kimin nə dərəcədə sadiq olduğu proseslərdə özü göstərir. Mən çox istərdim ki, Minsk qrupunun həmsədrləri sülh danışıqlarına maraqlı olduqlarını səsləndirməklə yanaşı, bu prosesin müsbət nəticə ilə yekunlaşması üçün ciddi səy göstərərsinlər. Bu halda danışıqlar prosesinin doğurdan da sülh vasitəsilə yekunlaşa biləcəyinə inanmaq olar".

XANIM NAĞIYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə