"YAP-ın bütün layihələrində qadınlar müstəsna rol oynayır"

"YAP-ın bütün layihələrində qadınlar müstəsna rol oynayır"

Mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim keçirdiyimiz tədbirlər içərisində Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası toplantılarının özünəməxsus yeri var. Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

İcra katibinin sözlərinə görə, YAP-da qadınlar öz töhvələri ilə partiyanın 20 il ərzində qazandığı nailiyyətlərə böyük önəm veriblər: "YAP-ın siyasi qurum olmasında belə qadınların xüsusi rolu var. Biz bunu dəfələrlə qeyd etmişik. Partiyanın sıralarında qadınlarımız təkcə say etibarı ilə deyil, həm də bütövlükdə YAP-ın keyfiyyət parametrlərinin artırılmasında əhəmiyyətli rol oynayırlar. Bizim bütün layihələrimizdə qadınlar müstəsna yer tuturlar. Bir məqamı da qeyd edim ki, YAP bütövlükdə Azərbaycan qadınlarının və partiyanın sıralarında olan qadınların ictimai-siyasi fəallığının genişlənməsi üçün imkanlar daxilində bütün şəraiti yaradır. Biz bundan sonra da çalışacayıq ki, qadınlarımız həm ictimai, həm də siyasi həyatda daha fəal olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə