Bu gün Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov açaraq deyib ki, Azərbaycanın iqtisadi inkişafı istiqamətində bir sıra işlər həyata keçirilib. Bildirilib ki, son 20 il ərzində nəticə olaraq iri planlı təhqiqatlar aparılıb: "Prezident İlham Əliyev son bir neçə ay ərzində yeni hədəflər müəyyənləşdirib ki, bunlardan da ən başlıcası ümumi daxili məhsulun (ÜDM) 2 dəfə artırılmasıdır".
Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Akademik Ziyad Səmədzadə isə "Orta sinfin sosial-iqtisadi aspektləri: gerçəklik və perspektivlər" mövzusunda çıxış edib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə inkişaf geniş vüsət alıb. Artıq bütün dünya dövlətləri Azərbaycanla hesablaşır və ölkəmizin qazandığı təcrübədən layiqincə istifadə edir.
Daha sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdiri Zaur Qasımovun "Azərbaycanda sahibkarlığın inkişafı və orta sinfin formalaşmasında onun rolu", SAM-ın şöbə müdiri Vüsal Qasımlının "Azərbaycanda orta sinfin inkişafı", Dünya Bankının aparıcı iqtisadçı və ölkə üzrə sektor koordinatoru Raşmi Şankar "Orta sinif və iqtisadi inkişaf" Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev "Orta sinif və biznes", moderatorluğunu ADİU-nun İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənovun edəcəyi "Orta sinif: siyasi sabitliyin əsası" mövzulu ikinci paneldə isə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Orta sinif və gender", SAM-ın şöbə müdiri Tahirə Allahyarova "Azərbaycanda orta sinfin inkişafının siyasi aspektləri", Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə "Gənclərin orta sinfin formalaşmasında rolu" mövzularında məruzələri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB