Çox təəssüflər olsun ki, Azərbaycan müxalifəti ildən-ilə geriləyir. İctimai Palatanın keçirdiyi bu küçə nümayişləri, mitinqlər daha çox iqtisadi məsələlərdə gündəmə gəlir. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi ekspert Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində parlamentin buraxılması mexanizmi yoxdur: "Ümumən dünyanın heç bir yerində buna rast gəlinmir. İkincisi, prezidentin parlamenti buraxmaq səlahiyyəti ola bilməz. Müxalifət hər dəfə "parlamentin buraxılması" şüarları səsləndirərək öz təxribatlarını davam etdirirlər. Onlar gəncləri qabağa verməklə və onların gücündən istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Bu siyasi bir təxribat metodudur. Yeniyetmələri küçələrə cəlb etməklə və sadə insanları qarşıdurmaya səsləmək təbliğatın başlıca özəyini təşkil edir. Artıq Azərbaycan müxalifəti "sönüb". Onlar bir növ sönmüş ocağın küli ilə oynayırlar. İctimai Palatanın nə normal bir dövlətçiliyi, nə də ki, normal hərəkətləri olub. Hesab edirəm ki, indiki gənclər onların bu hərəkətlərindən "nümunə" götürməlidirlər. Ölkənin bu cür müxalifəti varsa, o ölkədə inkişaf ola bilməz. Çünki burada normal müxalifətdən söhbət getmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB