"Gənclərlə bağlı aparılan iş Azərbaycan üçün hər zaman çox vacib sosial və humanitar sahədir".
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, bu sahə daima Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. MDB-dən olan ölkələr üçün gənclərlə iş sahəsi üzrə müzakirə olunan suallar və əməkdaşlıq da çox vacibdir: "Bu gün də Bakıda MDB ölkələrininin gənclər siyasətinə cavab verən nazirlərin və məsul işçilərin növbəti yığıncağı keçirilir. MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şuranın iclası ildə bir dəfə keçirilir. Bu il də tədbir Bakıda təşkil olunub. Bugünkü toplantıda gündəlikdə olan əsas məsələlərdən biri də gənclərlə iş sahəsidir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB