Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Şıxlar, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB