İctimai Palatada baş verənlər müxalifət düşərgəsində əməlli-başlı çaşqınlıq yaradıb. SİA-nın aldığı məlumata görə, bu gün qurumda bir-birinin ardınca iki istefa baş tutub. Günün birinci yarısı Yadigar Sadıqov, ikinci yarısında isə Ərəstun Oruclu İctimai Palatadan ayrıldığını bəyan edib.
İctimai Palatanın nümayəndələri isə heç nədən xəbərsiz bugünkü Koordinasiya Şurasının növbəti iclasını keçiriblər.
Ərəstun Oruclu bunun səbəbini də açıqlayıb. O "facebook" səhifəsində: "İctimai Palata və onun Koordinasiya Şurasının fəaliyyəti ətrafında, İctimai Palata ilə hakimiyyət arasında müəyyən anlaşmalar olması barədə mətbuatda yayılan məlumatları və İctimai Palatanın Koordinasiya Şurası tərəfindən bu məlumatlara heç bir münasibət bildirilməməsi, bu qurumun fəaliiyətində sistemsizliyin və böhranın getdikcə dərinləşməsi məndə dərin təəssüf və məyusluq hissi doğurur. İctimai Palata yarananda bu qurumun Azərbaycanın gələcəyi naminə qarşısına qoyduğu vəzifələri əsas götürüb oraya üzv olmuşam, lakin yuxarıda göstərdiklərim və bu qurum haqqında dolaşan ziddiyətli bilgilər məni İctimai Palata üzvlüyündən istefa verməyə məcbur edir", deyə yazıb.
Koordinasiya Şurasının üzvü Gözəl Bayramlı isə bildirib ki, Ərəstun Oruclunun ittihamları ilə razı deyil: "İctimai Palata ilə hökumət arasında hər hansı bir anlaşmadan söhbət gedə bilməz. Mən bu ittihamı doğru hesab etmirəm".
Pənah Hüseyn isə bu istefaya ancaq təəssüfləndiyini deməklə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB