Prezident pakistanlı həmkarı ilə görüşüb

Prezident pakistanlı həmkarı ilə görüşüb

Bu gün prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdarinin görüşü olub. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik bildirilib. İkitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb.

Bir sıra sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulandığı görüşdə kənd təsərrüfatı və bank sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə