Ərdoğan: "Azərbaycanın İƏT-ə baxışı daha ümidvericidir"

Ərdoğan: "Azərbaycanın İƏT-ə baxışı daha ümidvericidir"

Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) rəhbərlik etdiyi dövrdə qurumun fəaliyyətini gücləndirmək üçün əlindən gələni edib. SİA azərtac-a istinadən xəbər verir ki, bu sözləri oktyabrın 16-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısındakı çıxışında Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

"2015-ci il üçün İƏT-ə Baxış Sənədi"nin gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirdiyini vurğulayan Baş nazir deyib: "İstərdim ki, bütün iştirakçılar İƏT-in güc və resurslarından səmərəli istifadə etsinlər. Azərbaycanın İƏT-ə baxışı geniş perspektiv olaraq qurulmuş və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə