Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək. SİA-nın verdiyi xəbərə görə, bu məsələ bu gün Milli Məclisin "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanuna təsdiq etdiyi dəyişikliklərdə öz əksini tapıb.
Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər arayışların yazılı və elektron formada verilməsini nəzərdə tutur: "Bundan başqa, elektron formada müraciətə cavab olaraq arayış və ya imtina haqqında əsaslandırılmış məktub veriləcək. Qeydiyyat üzrə orqan müraciət edən şəxsə beş gün ərzində cavab verməlidir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB