Prezident və nazir Bakıya gəlir

İran prezidenti Mahmud Əhmədinejad və İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, Ə.Ə.Salehi Bakıya oktyabrın 14-də, M.Əhmədinejad isə oktyabrın 16-da gələcək. Səfərdə əsas məqsəd isə Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XII zirvə görüşündə iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində M. Əhmədinejad və Ə.Ə.Salehi Azərbaycan və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə