Mübariz Qurbanlı: "Yeni Azərbaycan Partiyası seçkilərə hər zaman hazırdır"
"Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi möhtərəm prezidentimiz Cənab İlham Əliyevdir". Bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu barədə bir müddət əvvəl partiyanın açıqlamaları olub, partiyanın sədr müavini Əli Əhmədov bununla əlaqədar birmənalı olaraq partiyanın mövqeyini bildirib.
Mübariz Qurbanlı bildirib ki, partiya seçki kompaniyasına 2013-cü ildən etibarən başlayacaq: "Yeni Azərbaycan Partiyası seçkilərə hər zaman hazır partiyadır. Bu gün də seçki kompaniyası ilə bağlı fəaliyyətimizi həyata keçiririk".
Millət vəkili onu da qeyd edib ki, partiya qurultayı seçki ilində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB