Bakı meriyasından müxalifətə TƏKLİF

Bakı meriyasından müxalifətə TƏKLİF

Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 13-də İctimai Palatanın (İP) paytaxtda yürüş keçirməsi ilə bağlı müraciətini cavablandırıb. BŞİH-dən SİA-ya verilən məlumata görə, şəhər rəhbərliyi göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş təşkil edilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-ya Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.

Qeyd edək ki, İP oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə