Ermənilər: "Gürcüstanda seçki demokratik keçməyib"

Ermənilər: "Gürcüstanda seçki demokratik keçməyib"

Ermənilər Gürcüstanda keçirilmiş parlament seçkisində uğur qazanmış "Gürcü arzusu" koalisiyasının qələbəsini şübhə altına almağa başlayıblar. Buna səbəb koalisiyanın rəhbəri, Gürcüstanın baş naziri olmağa namizəd, milyarder Bidzina İvanişvilinin ermənilər barədə söylədikləridir. Qeyd edək ki, B.İvanişvili nüfuzlu "Nyu-york tayms"a müsahibəsində öz vətənləri yaxınlıqda yerləşən ermənilərin nəyə görə Gürcüstanda yaşadıqlarını anlamadıqlarını bildirib. Sonradan bu fikirlərinə düzəliş etmək istəsə də, belə görürür, ermənilər onu anlamaq istəmirlər.

Ermənistan parlamentinin deputatı, Gürcüstanın ermənilərin kompakt məskunlaşdıqları Cavaxetiya bölgəsinin adı ilə bağlı "Cavax" vətənpərvər ittifaqının sədri Şirak Torosyan deyir ki, Gürcüstanda hakimiyyətin ötürülməsi prosesi sivil şəkildə baş tutsa da, seçkidə çoxsaylı qanun pozuntuları qeydə alınıb. Məhz bu pozuntuların nəticəsində B.İvanişvilinin bloku qələbə qazanıb.

Konkret olaraq B.İvanaşvili ilə bağlı danışan depupat bildirib ki, "Gürcü arzusu"nun lideri siyasi təcrübəsizlik üzündən ermənilər barədə xoş olmayan fikirlər səsləndirib. "Gəlin yaddan çıxarmayaq ki, o, biznesmendir və siyasətdə yeni adamdır", - deyən Torosyan təbəssümünü gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə