Müharibə hər iki ölkə üçün...

Musa Qasımlı: “Suriya-Türkiyə müharibəsi İslam dünyasına ağır zərbə vura bilər”
Müharibə hər iki ölkə üçün...

"Suriya ilə Türkiyə arasında münasibətlər digər ölkələrlə müqayisədə bir qədər fərqlidir". Bunu SİA-ya Millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Suriya ilə müharibənin baş verməsi təkcə bu ölkəyə deyil, Türkiyəyə də böyük zərər vura bilər: "Türkiyənin daxilində bir terror təhlükəsi var. Bununla da Türkiyə bir neçə cəbhədə döyüşlər aparır. Bu da əlbəttə ki, həmin dövlət üçün çox çətindir. Ən başlıcası isə ondan ibarətdir ki, Türkiyənin müttəfiqləri adıçəkilən bu dövləti yalnız qoyurlar. Hesab edirəm ki, Türkiyə NATO blokunun üzvü kimi tək başına hərəkət etməməlidir. Belə ki, o digər müttəfiqləri ilə fəaliyyətini razılaşdırılmış prinsiplər əsasında davam etdirməlidir".

Millət vəkili tarixi faktlara toxunaraq qeyd etdi ki, hələ XX əsrin 50-ci illərinin ortalarında Türkiyə Suriya arasında eynilə belə bir münaqişə yaranıb: "Həmin dövrdə də Türkiyənin NATO üzrə müttəfiqləri Türkiyəni aktiv şəkildə müdafiə etmədilər. Bununla da Sovet İttifaqı ilə Türkiyə üz-üzə qaldı. Suriya həm keçmiş Sovet İttifaqı üçün, həm də indiki Rusiya, İran və Çin üçün strateji baxımdan mühüm ölkələrdir. Türkiyənin tək hərəkət etməsi onu Rusiya, Çin, İran kimi ölkələrlə qarşı-qarşıya qoya bilər. Eyni zamanda Suriya-Türkiyə müharibəsi İslam dünyasına çox ağır zərbə vura bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə