Millət vəkili: “Ölkələr Türkiyə ilə rəftar edərkən diqqətli olmalıdırlar” Mövqe
"Suriya Türkiyənin ərazilərini bombalayacaq, vətəndaşlarını öldürəcək gücə malik ölkə deyil. Bu sadəcə əvvəlcədən planlaşdırılmış bir hadisə idi. Qeyd etməliyəm ki, bu ölkələr Türkiyə ilə rəftar edərkən diqqətli olmalıdırlar". Bunu SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan deyib. O bildirib ki, Türkiyəyə qarşı Suriyadan atılan addımların hər birinə müvafiq cavablar veriləcək. Millət vəkilinin sözlərinə görə, son baş verən hadisələr nəticəsində bir daha məlum oldu ki, bu hərəkətlər Türkiyənin məsələyə ilk dəfə qarşılıq verməsi deyil: "Bundan öncə də Türkiyə bütün baş verənlərə öz qarşılığını verib. İnanırıq ki, bütün bunlar müharibə ilə nəticələnməz. Ancaq onu da qeyd etməliyəm ki, bütün hallarda türk milləti nə edəcəyini bilir. Kimsə Türkiyə ilə bu şəkildə danışa bilməz. Bir sözlə, onunla bu dildə danışanlar cavablarını lazımi səviyyədə hər zaman alır və bundan sonra da alacaqlar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB